Dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin sədri Zaur Əsgərov və Binəqədi şöbəsinin üzvü Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Unikal"ın məlumatına gorə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda ittiham nitqi ilə çıxış edərək təqsirləndirilənlərdən Zaur Əskərovun və Gündüz Mirzəyevin 7 il azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.
Çıxış üçün söz vəkillərə verilsədə buna hazır olmadıqlarınfan məhkəmədən vaxt istəyiblər.
Növbəti proses iyunun 5-nə təyin edilib.
Qeyd edək ki, Zaur Əsgərov və Gündüz Mirzəyev martın 7-də saxlanılıblar. Onlara Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsiylə ittiham irəli sürülüb. Cinayət işinin istinaqı Baş Prokurorluğun İstintaq İdarəsində aparılıb.
Seymur Əli