Ucarda piyadanı maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Alpout kəndi ərazisində baş verib.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1995-ci il təvəllüdlü piyada Səfərov Sənan Telman oğlunu vuraraq ona müxtəlif bədən xəsarətləri yetirib.

Yaralı Göyçay xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov