Gəncədə 45 yaşlı kişini avtomobil vurub.

"Unikal"ın  məlumatına görə, hadisə şəhər  ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil Daşkəsən rayon sakini 1980-ci il təvəllüdlü N.Ələsgərovu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya çatırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov