Zaqatalada qəza baş verib.

"Unikal" xəbər verir ki, Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “VAZ-2106” və motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü, 27 yaşlı Şükür Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Seymur Əli