Bakı şəhəri, Səbail rayonu, Şıx çimərliyi yaxınlığında açıq sahədə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Yanğın nəticəsində 1 hektar sahədə məişət və təkər tullantıları yanıb.
Ətraf ərazilər yanğından mühafizə olunub.
***
11:55
Bakı şəhəri Səbail rayonu Şıx çimərliyi yaxınlığında açıq sahədə quru ot yanır.
Bu barədə "Unikal"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub. Yanğınla mübarizə tədbirləri davam etdirilir