Qazaxda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağköynək kəndində qeydə alınıb. Rayonun Xanlıqlar kənd sakini 1959-cu il təvəllüdlü A.Zeynalov  "Toyota" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını əkin sahəsinə aşıb. Sürücü isə xəsarət alaraq xəstəxanaya aparılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Fakt araşdırılır.

Tural Əhmədov