Xəbər verdiyimiz kimi, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində yanıq xəsarətləri alan qardaşlar ölüb.

"Unikal"ın məlumatına görə, partlayış nəticəsində 2001-ci il təvəllüdlü Bayram Əzizov hadisə yerində, qardaşı, 1995-ci il təvəllüdlü Babək Əzizov isə yerləşdirildiyi xəstəxanada həyatını itirib. 

Qeyd edək ki, mərhum qardaşların atası Bəylər Əzizov onlar uşaq olan vaxt vəfat edib.