Qaxda 74 yaşlı kişini avtomobil vurub.

"Unikal" xəbər verir ki,hadisə Qax şəhər ərazisində baş verib. Belə ki,Qax şəhər sakini 1951 ci il təvəllüdlü Mustafayev İsmət Bayram oğlunu minik avtomobili vurub. Yaralı dərhal təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Xəstəxanada yaralıya kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla baglı araşdırma aparıllr.

Seymur Əli