Balakəndə qəza olub, xəsarət alanlar var.
"Unikal" xəbər verir ki,Balakən rayonunda "Opel" və "21 06 Lada" markalı iki minik avtomobili toqquşub. Hadisə zamanı Bayramova Havva Mollaqardaş qızı ,Axverdiyeva Fatimə Murtuzəli qızı ,"Vaz-2106" nın sürücü Bayramov Üzeyir və Ukalayev Rafiq xəsarət alaraq Balakən rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.
Hadisəylə bağlı araşdırma aparılır.
Seymur Əli