Ucarda minik maşını yük maşınına çırpıldı, yaralılar var
"Unikal"ın məlumatına görə, hadisə Alpout kəndi istiqamətindən keçən Bakı-Qazax avtomagistralında baş verib. "Mersedes" markalı avtomobilin "Kamaz" markalı yük maşını ilə toqquşması nəticəsində 4 nəfər Gəncə sakini çoxsaylı bədən xəsarətləri alıb. 1977-ci il təvəllüdlü Səyyub Allahverdiyev, 1967-ci il təvəllüdlü Aygün Məmmədova, 1998-ci il təvəllüdlü Fərəhxanım Hüseynova və 1983-cü il təvəllüdlü Tural Hüseynov rayon xəstəxanasına çatdırılıb.
Daha sonra durumu ağır olan Səyyub Allahverdiyev və Tural Hüseynov Göyçay xəstəxanasına köçürülüb.
Faktla bağlı araşdlrma aparılır.
Ehtiram Muradov