Ağstafada 3 nəfərin xəsarət alması ilə yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa-Böyük-Kəsik avtomobil yolunun rayonun Poylu kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1964 -cü il təvəllüdlü A.Hacıalıyeva, 1979-cu il təvəllüdlü G.İsayeva və 1970-co il təvəllüdlü N. Xəlilova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər
.Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Tural Əhmədov