Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
"Unikal"ın məlumatına görə, hadisə şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb. Hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən 2001-ci il təvəllüdlü Nigar Musatafayevanı vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı adaşdırma aparılır.
Tural Əhmədov