Mingəçevirdə avtomobil iki piyadanı vurub.
"Unikal" xəbər verir ki, "KİA" markalı minik maşını 2008-ci il təvəllüdlü Ədalət Nəzirlini və onun həmyaşıdı Murad Məmmədlini vurub.
Hadisə nəticəsində xəsarət alan yeniyetmələr xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.
Ehtiram Muradov