İmişli rayonunda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə rayonun Yuxarı Qaralar kəndində qeydə alınıb. Vəkil Şıxəliyeva məxsus iki mərtəbəli fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə güclənib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Alovun ətraf ərazilərə və tikililərə keçməsinin qarşısı alınıb. Hadisə nəticəsində evin yanar kastruksiyaları yanıb.
Faktla bağlı araşdırma aparılır.