Goranboyda minik maşını yanıb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qazanbulaq kəndi ərazisində baş verib. Belə ki, Gəncə şəhər sakini, 1995-ci təvəllüdlü Ayxan Həsənov idarə etdiyi "BMW" minik markalı avtomobili ilə hərəkətdə olan zaman avtomobildə yanğın başlayıb. Hadisə yerinə FHN-nın yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. Məlumata görə, yanğına səbəb avtomobilin elektrik xəttində qısaqapanmanın olması səbəb olub. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov