Bərdədə məktəbdə faciəli hadisə yaşanıb.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb.

Oranın şagirdi, 15  yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbən yıxılıb.  

Məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.