"Beniz" ləqəbli məşhur "TikTok"er Aybəniz Xəlilovanın cinayət işı üzrə ilk məhkəmə hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə istintaqına verilməsi ilə bağlı qərar qəbul edilib.

Hazırlıq iclasının davamı 10 iyuna təyin edilib.

Qeyd edək ki, "Beniz" ləqəbli "TikTok"er barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və "TikTok"er barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürülərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Şikayətçi ərizəsində göstərib ki, Aybəniz Xəlilova ondan hissə-hissə olmaqla 836 min manat pul tələb edib. Onun barəsində Suraxani rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Əli