05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 

TƏBİB-dən "Unikal"a bildirilib ki, göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.

***

Gəncədə azyaşlı xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında qeydə alınıb.

Belə ki, Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin tibbi yardımlarına baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

İlkin məlumata görə, uşağın pnevmoniya və ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov