Qaxda qəzada xəsarət alanların kimliyi açıqlanıb.

"Unikal" xəbər verir ki, bu gün saat 11 radələrində Qax rayonunun Güllük kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hunday” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ-2106”nın sürücüsü, 44 yaşlı Eşqin İsmayılov,  sərnişinləri - 43 yaşlı Gülər İsmayılov, 20 yaşlı Qalib İsmayılov, eləcə də “Honda”da olan sərnişin, 30 yaşlı Ayşən Əliyeva xəsarət alıb.  

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Unikal"a bildirilib ki,  xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

*** 11:56

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, hadisə Qax-Zaqatala avtomobil yolunun rayonun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Honda" " Hyundai" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfər ağır xəsarət alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Seymur Əli