Goranboyda yol qəzasında xəsarət alanların vəziyyəti açıqlanıb.

TƏBİB-dən "Unikal"a verilən məlumata görə, 09.06.2025-ci il tarixində saat 11:45 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2010 və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib. 

Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir.

XXX

12:18

Goranboyda minik maşını aşıb, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Samir Məmmədov idarə etdiyi "Hyundai" markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı sürücünü övladı 2010-cu il təvəllüdlü Nicat Məmmədov və atası 1953-cü il təvəllüdlü Aslan Məmmədov  xəsarət alıblar. Yaralılar təcili yardım maşını ilə Goranboy Rayon Mərkəzi Xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov