Çəmbərəkdə yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ölənlərin hamısı qadındır.
***11:23
Ermənistanın Çəmbərək rayonunda mənzildə qaz partlayışı olub.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə itkin düşüb. Yaralıların sayı isə 10-dur.
Əraziyə aidiyyatı qurumlar cəlb olunub.