“Zirə” 2 futbolçu ilə müqavilə müddətini uzadıb.
Klubdan "Unikal"a verilən məlumata görə, qapıçı Anar Nəzirovla 1 illik yeni sözləşmə imzalanıb.
Həmçinin son iki mövsümü icarə əsasında Bakı klubunda keçirən yarımmüdafiəçi İsmayıl İbrahimli 2 illik müqaviləyə qol çəkib. “Zirə” “Qarabağ”dan ayrılan futbolçunu birdəfəlik transfer edib.