Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, 2007-ci il təvəllüdlü Heydər Həsənov və 1984-cü il təvəllüdlü Cəfər Tağıyev bıçaq xəsarəti ilə xətəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
TƏBİB-dən verilən məlumata görə, iyunun 12-də saat 15:40 radələrində iki nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Hər birinə zəruri tibbi xidmətlər göstərilib. Qarının ön divarının sol yarısının daxilə keçən kəsilmiş-deşilmiş yarası, mədənin zədələnməsi diaqnozu ilə əməliyyat olunun 1984-cü il təvəllüdlü şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Sol gicgah nahiyəsinin dəri və dərialtı toxumasının kəsilmiş yarası, dərialtı hematoma diaqnozu təyin edilən 2007-ci il təvəllüdlü şəxsin isə vəziyyəti stabildir".