Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Sumqayıt şəhəri, 17-ci mkr-da yerləşən İsmət Qayıbov adına Saray kənd tam orta məktəbdə Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edirdi.
Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerində həll olundu. Bəzi məsələlər üçün müvafiq izahatlar verildi. Digər müracət edənlər isə görülən işlərə görə minnətdarlıq bildirdilər. Onların arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Qubadlı İcra Hakimiyyəti tərəfindən Qubadlı şəhər sakini 2-ci qrup hərəkət məhdudlu əlil Rüstəmov Mehdi Əşir oğluna Müqəddəs Qurban bayramı münasibətilə motorlu əlil arabası alınaraq hədiyyə olundu.
Qəbuldan razı qaldıqlarını bildirən sakinlər, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova minnətdarlıqlarını bildirdilər.