Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
"Unikal" Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
2. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
6. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
7. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində.