İranın 12 vilayətində ən azı 95 nəfər İsrailin zərbələri nəticəsində yaralanıb.

"Unikal" xəbər verir ki, bu  barədə İran mətbuatı məlumat dərc edib. 

Bildirilir ki, hücum nəticəsində 1 xilasedici həlak olub. 

***09:30

İsrailin Tehrana hücumu nəticəsində azı 35-i qadın və uşaq olmaqla azı 50 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu  barədə İran dövlət televiziyası məlumat yayıb. 

Bildirilir ki, itkilər barədə dəqiq məlumat yoxdur. 

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti İsrail Hərbi Hava Qüvvələrinin İranda nüvə proqramı və hərbi obyektlərlə əlaqəli olduğu iddia edilən onlarla hədəfə zərbələr endirdiyini bildirib.

Gülayə Mecid