Ukrayna və Azərbaycan, Azərbaycan Respublikasının vəsaiti hesabına Kiyev vilayətinin İrpen şəhərində dörd sosial obyektin tikintisinə dair saziş layihəsi üzərində işləyirlər.
"Unikal" xəbər verir ki, bunu "Ukrinform"a müsahibəsində Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev deyib.
"İndi son mərhələdə - dörd sosial obyektin həyata keçirilməsi üçün lazımi sənədlərin təsdiqlənməsi üzrə işlər gedir. Söhbətgənclərimizin yaradıcılıq və idman qabiliyyətlərinin inkişafına kömək edəcək idman məktəbi və incəsənət məktəbindən gedir", - Qusev qeyd edib.
O xatırladıb ki, İrpendəki xəstəxana Azərbaycanın, xüsusən də dövlət neft şirkəti SOCAR-ın köməyi ilə tamamilə təmir edilib və müasirləşdirilib.
Gülayə Mecid