Rusiya Kiyevin nəzarətində olan ərazidən bir qrup rus hərbçisini geri qaytarıb, əvəzində isə Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərini təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
"İyulun 23-də, iyunun 2-də İstanbulda əldə edilmiş Rusiya-Ukrayna razılaşmalarına əsasən, bir qrup rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb. Bunun müqabilində USQ-nin bir qrup hərbi əsiri təhvil verilib", - qurumun məlumatında deyilir.
Bildirilib ki, rusiyalı hərbçilər Belarus Respublikası ərazisindədirlər və onlara lazımi psixoloji və tibbi yardım göstərilir. Bütün Rusiya hərbçiləri Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək.