Avqustun 12-də Laçın rayonu ərazisində qətl hadisəsi törədilib.
"Unikal" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Səfər Quliyev adlı şəxs ov tüfəngi ilə qətlə yetirilib.
Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Araşdırmalar aparılır.
*** 19:25
Avqustun 12-də Laçın rayonunda qətl hadisəsi baş verib.
"Unikal" apa-ya istinadən xəbər verir ki, Səfər Quliyev ov tüfəngi ilə öldürülüb.