Putinin dostları "Anti-maydan" hərəkatı yaradırlar
14:13 17-01-2015
İQTİSADİYYAT
Putinin dostları "Anti-maydan" hərəkatı yaradırlar
Rusiyanın Donbasdakı hərbi texnikasının sayı açıqlandı - şok rəqəmlər
Rusiyanın ictimai xadimləri və siyasətçiləri "rəngli inqilab"ları ölkəyə buraxmamaq üçün "Anti-maydan" hərəkatı yaradırlar. RİA xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Rusiya Federasiya Şurasının üzvü, "Döyüş qardaşlığı" ümumrusiya ictimai təşkilatın birinci müavini Dmitri Sablin bildirib.
Hərəkatın təşəbbüs qrupuna Sablindən başqa, "Gecə canavarları" Ümumrusiya Motoklubun prezidenti Aleksandr Zaldostanov, "Böyük Vətən" Partiyasının həmsədri, yazıçı Nikolay Starikov, Əfqanıstan Veteranları Şurasının üzvü Vyaçeslav Şabanov, qaydasız döyüş üzrə dünya çempionu Yuliya Berezikov və başqaları daxildir. Hərəkətin manifestində deyilir: "Biz xaos və anarxiyanın olduğu rəngli inqilabları Rusiyaya buraxmamaq üçün bir oluruq".
"Biz hazırda səslənən müasir çağırışları başa düşürük. Görürük ki, qardaş Ukraynada nələr baş verir. Bizim əsas məqsədimiz Rusiyaya "Maydan"ı buraxmamaqdır", - rusiyalı senator vurğulayıb.
"Anti-maydan" hərəkatına kazaklar da qoşulur. Mərkəzi kazak qoşununun atamanın müqavini Andrey Şustrovun sözlərinə görə, müvafiq müraciəti 11 ataman imzalayıb.
Rusiyanın keçmiş baş naziri Yevgeni Primakov da ölkədəki vəziyyətlə bağlı fikir bildirib. Primakov Rusiya rəhbərliyini təcrid olunmaq cəhdlərindən çəkinməyə çağırıb və bildirib ki, böhrandan çıxış yolu iqtisadiyyatın diversifikasiyasındadır.
Keçmiş baş nazirin sözlərinə görə, Rusiya 2 il itirib, ancaq hələ də xammal asılılığından azad olunmayıb. İndi emal sahələri və yüngün sənayenin inkişaf layihələrini işə salmaq üçün ölkənin iki il vaxtı var. Bundan əlavə, regionlara daha çox iqtisadi müstəqillik vermək lazımdır.
Ölkədə "rəngli inqilab" qorxusunun olmadığını deyən Primakov bildirib ki, Rusiya xarici siyasət məkanında Qərbdən qapanmamalıdır. O həmçinin Rusiya hakimiyyətini Ukraynanın Cənub-Şərq regionunu Ukraynanın ərazisi kimi tanımağa və bu mövqedən danışıqlar aparmağa çağırıb.
Primankovun sözlərinə görə, Rusiya terrorizmlə mübarizədə və narkotiklərin yayılması məsələsində ABŞ, Avropa və Qərblə əməkdaşlıq etməlidir. "Bu olmadan biz ölkəmizi böyük dövlət olaraq itirəcəcəyik", - deyə Primakov qeyd edib.
Bu arada Ukrayna prezidenti Pyotr Poroşenko deputat toxunulmazlığının ləğvi haqqında qanun layihəsini hazırlayıb. Bunu dövlət başçısı özü "Twitter"də bildirib.
"Mən təşəbbüsü üzərimə götürdüm və deputat toxunulmazlığının ləğvini nəzərdə tutan qanun layihəsini hazırladım", - prezident yazıb.
Dünən həmçinin məlum olub ki, Donbas hövzəsində Rusiya-terror qoşunlarının silahlanmasına 542 tank və 4 "Toçka-U" taktiki raket kompleksi daxildir. Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov parlamentdə çıxış zamanı bildirib.
"Rusiya-terror qoşunlarının silahlanmasına 542 tank, 990 zirehli maşın, 694 artilleriya sistemi, 57 zenit-raket kompleksi və 4 "Toçka-U" taktiki raket kompleksi daxildir. Donbas hövzəsinin işğal edilmiş hissəsində 36 mindən çox döyüşçü var. Onlardan 8 min 500-ü Rusiya Federasiyasının nizami qoşununun hərbi qulluqçularıdır", - o, vurğulayıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri qeyd edib ki, hazırda Ukrayna-Rusiya sərhədində əhəmiyyətli hücum potensialı olan təxminən 52 min Rusiya hərbçisi yerləşib. Məlumata görə, Ukrayna sərhədində 300-dən yuxarı tank, 1800 zirehli maşın, 750 artilleriya və yaylım atəş sistemi, 360-a qədər döyüş təyyarəsi və zərbə vertolyotu döyüş vəziyyətindədir.
Bundan əvvəl isə Aleksandr Turçinov tammiqyaslı müharibənin başlanmasını istisna etməyib.
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20