Azərbaycan cüdoçusu Orxan Səfərov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti qələbəsini qazanıb.

Unikal.org-un məlumatına görə, cüdoçumuz 1/16 final mərhələsində Qırğızıstan təmsilçisi Otar Bestayevi məğlub edib.

O. Səfərov 1/8 finalda Felipe Kitadai (Braziliya) - Tobias Enqlmayer (Almaniya) görüşünün qalibi ilə qarşılaşacaq.