Lerikdə ailə faciəsi baş verib.
Unikal.org Region TV-yə istinadən xəbər verir ki, Bülüdül kənd sakini, 24 yaşlı Ağaəli Lələyev aralarında yaranmış münaqişə zəminində qardaşının qayınanası, 50 yaşlı Nazqayıd Abıyevanı evlərinin yaxınlığında döş qəfəsindən bıçaqlayıb.
Abıyeva aldığı xəsarət nəticəsində ölüb.
Hadisəyə səbəb 2 qardaş arasında yaranmış mübahisə olub. Qardaşının evinə qonaq gələn Ağaəli onunla dalaşıb. Nəticədə onları ayırmaq istəyən qayınana bıçaq zərbəsi alıb.
Ağaəli Lələyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.