Unikal.org publika.az-a istinadən bildirir ki, Türk dünyasının ən böyük ziyalılarından olan Əziz Nesin hər zaman ateist kimi dindar Türkiyə cəmiyyətinin hədəfi idi. Onu qurandan, islamdan xəbərsiz olmaqda günahlandırırdılar.
Amma baxın ki, Əziz Nesin 11 yaşında hafiz idi. Quranı əzbər bilirdi, mükəmməl dini təhsil alıb. 1935-ci ildə Kuleli Askeri lisesini,1937-ci ildə isə Ankarada hərbi məktəbi bitirib kiçik leytenant rütbəsi alıb. Baş leyntenant rütbəsində olarkən "vəzifə və səlahiyyətindən sui-istifadə etməsi" ilə günahlandırılaraq əsgərlikdən uzaqlaşdırılıb. Çünki orduya aid olan vəsaiti bir kəndliyə vermişdi. Buna görə 12 avqust 1947-ci ildə 10 ay ağır həbs və 3 ay 10 gün də Bursada "Emniyet-i Umumiyede Nezareti" cəzası verilib.
Çox zaman ac qalıb, hətta Bursada sürgündə olduğu vaxtlarda gecələr zibil qutusundan meyvə, tərəvəz axtardığı vaxtlar da olub. Vaxt gəldi dünyada ən çox qazanan yazıçılardan biri oldu. Heç işləməyib, maşını da olmayıb. Onu şəhərdə adi bir avtobusda görə bilərdiniz. Yaşadığı müddət ərzində yüzlərlə uşağın yeməyi, içməyi, geyimi, oxumasını təmin edib. Yazdığı kitablar sayəsində dövlətdən heç bir dəstək almadan indi də fəaliyyətini davam etdirən xeyriyyə cəmiyyəti yaradıb.
Oğlunu gəmisi ya da villası yoxdur. Yetişdirdiyi uşaqlarla heç vaxt pis rəftar etməyib. Məzarı xeyriyyə cəmiyyətinin həyətindədir. Üstündə uşaqlar oynasın deyə yeri məlum deyil. Əxlaqi zəifliyi olan insanlar bunu anlamazlar.
Karabakhmedia.az ədibin məşhur sitatlarından seçmələri təqdim edir:
Allah barmaqlarımızın arasında boşluq buraxdı. Bizim üçün yaradılan o insan gəlib o boşluğu doldursun deyə.
Bilirsən, günahları yazan mələk soldadır. Hətta bundandır ürəyin solda olmağı. Çünki bəlkə də eşq, yaşanılan ən böyükgünahdır.
Bilirsinizmi, niyə evlilik üzüyü "üzük barmağı"na taxılır? Çünki başqa heç bir barmaqdan bir-başa ürəyə damar getmir.
Bəlkə qucaqlaya biləcəyimiz bir sevgilimiz olmadı, bəlkə təkik. Amma bilinsin ki, adam kimi sevdiyimizdəndir təkliyimiz.
Bəzən insan elə darıxar ki, darıxılan bilsə, yoxluğundan utanar.
Dar yerdən çıxanlar geniş yerlərə sığmazlar.
Deyirlər ki: "əvvəllər delə deyildin artıq içinə bağlandın." "Dedim ki: "içindəkiylə kifayətlənən bu ürək artıq sizi nə etsin?
Eyni kağızın arxa və ön üzləri kimiyik. Sonsuza qədər birlikdə, amma heç bir zaman bir-birlərini görməyən.
Heç kimə güvənmirəm deyə bir şey yoxdur, vaxtında ona güvəndiyim üçün, artıq kimə güvənmirəm deyə bir şey var.
Mənə toxunmayan ilan min il yaşasın, deyərək yaşatdığınız ilanların bir sonrakı hədəfi siz olursunuz.
Necə bitdisə bundan əvvəlkilər, bu da bitər.. Bitə-bitə sonunda mən də bitərəm.. Olar bitər!
Nə ölünün arxasınca danışarlar, nə də gedənin. Çünki ya ölüb, ya da gedib nə fərqi var qalan üçün...
Tənbəllərin iş günü sabahdır.
Tərk edənin getdiyi yerdə axtardığını tapa bilmiyəndə dönüb "darıxdım" deməyi, darıxdığından deyil, eşşək kimi peşman olduğundandır.
Üşümək varsa bu istinin yoxluğudur, qaranlıq varsa işığın yoxluğudur. Əgər hər yer qaranlıq və sən üşüyürsənsə bu onun yoxluğudur.
Yatağında yatanda; Ürəyinin səsindən yata bilmirsənsə, anla ki, təksən...
Yoxsulun tək silahı işləməkdir.