İngiltərədə tabloid qəzetlərə üstsüz pozalar verən 27 yaşlı model Kimberley Miners İŞİD-ə qoşuldu.

Unikal.org xəbər verir ki, Sunday Times qəzetinin yazdığına görə, 27 yaşındakı modelin atasını itirdikdən sonra bu yola əl atdığı bildirilir. 
Müsəlman dostlarının köməkliyi ilə islam dinini qəbul edən model 1 ilə yaxındır ki, radikal islamçılara qoşulub. Kimberliy bunların dəstəyi ilə elə həmin müddətdən İŞİD-ə qoşulub. 

Suriyada İŞİD üçün döyüşən bir Britanyalı terrorçuyla ünsiyyətə keçən Miners oktyabr ayında iki dəfə Türkiyəyə gələrək, Suriya sərhədi yaxınlığındakı düşərgələrə getdiyini açıqlayıb.

Çarşaba bürünüb şəkil çəkən və Facebook hesabında "Britanyalı Ayşe" adıyla qeydiyyatdan keçən keçmiş model İŞİD-in şiddətli görünüşlərini də paylaşmağa başlayıb.
Sosial media hesabı tez-tez bağlansada Facebook-da terror tərəfdarının köməkliyi ilə paylaşmlarını müxtəlif adlarda davam etdirir.