Litva və İspaniyada aparılan əməliyyat zamanı terrorçuluq və silah qaçaqmalçılığı ilə məşğul olan azərbaycanlılar tutulub.
Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, bu barədə Vilnus şəhər polis idarəsində keçirilən mətbuat konfransında bildirilib.
Məlumata görə, saxlanılanlar arasında 20 Litva vətəndaşı da var. Vilnus polisinin baş komissar müavini Andjey Roqinskisin dediyinə görə, cinayətkar qrupa 2012-ci ildən beynəlxalq axtarışda olan Daryus Maçanskas başçılıq edirmiş.
3 mərhələdə keçirilən əməliyyat çərçivəsində 12 ölkədə 52 silah alverçisi yaxalanıb. Yaxalanan şəxslərdən çoxlu sayda "Makarov" tipli tapança, "Kalaşnikov" avtomatları və snayper tüfəngələri ələ keçirilib.
Əməliyyatın təfərrüatları barədə məlumat veriləcək.