"Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın 4 metrlik heykəlin düzəldi".
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Kocaelinin Kartepe Mahalında, bir bələdiyyənin sifarişi üzərinə prezident Rəcəb Tayyib Ərdoğanın 2 ton ağırlığında, 4 metr hündürlüyündə heykəli düzəldildi.
Bələdiyyənin sifarişi ilə hazırlanan heykəl heykəltəraş Nuh Açın tərəfindən düzəldilsədə bunun müqabilində ona heç bir ödəniş olunmayıb: "Bələdiyyə sifarişi üzərinə təxminən 1 aylıq iş nəticəsində prezident Rəcəb Tayyib Ərdoğanın heykəlini düzəltdim. Daha sonra nə axtaran, nə soruşan oldu. Prezidentin heykəlini almadılar. Məndə heykəli atelye qarşısında sərgiləməyə başladım"-dedi.