Rusiya Maliyyə Nazirliyi artıq ilin əvvəlindən üçüncü dəfə Ehtiyyat Fondunun vəsaitini büdcənin kəsirinə sərf edib.
Rusiyanın suveren fondunda 7 trilyon rubldan az vəsait qalıb.
Avqustda Rusiya Ehtiyyat Fondunun beşinci hissəsini itirib- fond 18,4%, 2,09 trln. rubl azalıb. Maliyyə Nazirliyinin sentyabrın 6-da verdiyi məlumatda belə deyilir. O cümlədən 390 mlrd. rubl ölkənin federal büdcəsinin maliyyə kəsirini örtməyə sərf olunub.
Halbuki Maliyyə Nazirliyi 2016-cı il üçün Ehtiyyat Fondundan 2,1 trilyon xərcləməyi nəzərdə tutubmuş. Maliyyə naziri Anton Siluanov bəyan edib ki, bu həddi saxlamaq çətin olacaq. Belə ki, bu vəsait neft barrelinin qiyməti 50 dollar olmaqla hesablanıb. Nazirin müavini Maksim Oreşkin isə bu ilki xərclərin 3 trilyon rubl ola biləcəyini açıqlayb.
2016-cı ilin sonuna Ehtiyyat Fondunda 980 milyard rubl qalacaq. Reuters in araşdırmalarına görə 2017-ci ildə bu məbləğ də xərclənəcək. Belə olan halda hökumət büdcə kəsirlərini doldurmaq üçün Milli Rifah Fondunun resurslarına müraciət edə bilər. Anton Siluanov da açıqlamasında belə deyib.