Avropada ilk pivə fəvvarəsi Sloveniyanın mərkəzi hissəsində Jalets şəhərində işə düşüb.
Unikal.org oxu.az-a istinadən xəbər verir ki, bu barədə "RTV Slovenija dövlət teleradio yayım şirkətinin saytında məlumat yayılıb.
Sentyabrın 6-da baş tutan fəvvarənin açılış mərasimində hava şəraitinin pis olmasına baxmayaraq, mindən çox adam iştirak edib. 6 avro ödəməklə fəvvarədəki pivənin dadına baxmaq olar.
Bu məbləğə bir nəfər beş stəkan pivə içə bilər. Jalets şəhər hakimiyyətinin nümayəndələri bu yeniliyin şəhərə turistlərin cəlb edəcəyinə ümidvar olduqlarını bildiriblər.