Tatarıstanın paytaxtı Kazan şəhərində təcili yardım stansiyalarından birinin yanında sellofan paketin içində südəmər körpə tapılıb. Uşaq yeni doğulmuşdu.

Unikal.org Prokazan-a istinadən bildirir ki, insident Safiullin küçəsində yaşanıb.

Polisdən verilən məlumata görə, paketdəki qız doğulandan 2-3 saat sonra atılıb. Onun göbək ciyəsi belə, çox pis kəsilmişdi.

Yeni doğduğu uşağını paketdə küçəyə atan ana videomüşahidə kameralarına düşüb.

Doğum evinə aparılmış körpənin durumu normaldır.

Faktla bağlı cinayət işi qaldırılıb, başabəla "ana" axtarılır.

Qızını paketə qoyub yola atdı