İsraildəki 1-ci telekanalın "Mabat" proqramında məşhur jurnalist Oren Naharinin hazırladığı süjet nümayiş olunub. Süjetdə iddia edilir ki, Fələstin Milli Muxtariyyətinin prezidenti Mahmud Abbas sabiq SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsinin ("KQB") agenti olub.

Unikal.org Ediot Ahronot-a istinadən bildirir ki, "KQB"nin 1-ci Baş İdarəsinin arxiv şöbəsinin sabiq əməkdaşı Vasili Mitroxinin ABŞ-a qaçarkən özü ilə apardığı sənədlərdən biri buna dəlalət edir. 1983-cü ildə Fələstin Azadlıq Təşkilatının (FƏTH) Suriyanın paytaxtı Dəməşqdəki İcraiyyə Komitəsinin üzvü olmuş Mahmud Abbas "Krotov" ləqəbi ilə KQB-yə casusluq edib.

"Peşəkar kəşfiyyatçıların fikrincə, Mitroxinin sənədlərinə etibar etmək olar. Çünki bu sənədlərin sayəsində ötənlərdə bir çox "KQB" agenti ifşa olunub. Həmin sənədlərdə Mahmud Abbasın nə zaman "verbovka" ounduğu da göstərilir", - Oren Nahari deyib.