Türkiyə ilə Almaniya arasında "İncirlik aviabazası ilə bağlı problem həllini tapıb.
Unikal.org-un "Hürriyetə istinadən verdiyi məlumata görə, Bundestaqın nümayəndə heyətinin hərbi bazanı ziyarət edərək alman hərbi kontingenti ilə görüşməsinə icazə verilib. Parlamentarların səfəri oktyabrın 4-də həyata keçiriləcək.
Xatırladaq ki, Bundestaqın uydurma "erməni soyqırımı ilə bağlı qərarından sonra Türkiyə hökuməti alman millət vəkillərinin "İncirlik hərbi hava bazasını ziyarət etməsinə icazə verməmişdi. Lakin iki həftə əvvəl Almaniyanın Avropa işləri naziri Mikael Rotun Türkiyəyə səfər etməsindən sonra vəziyyət dəyişməyə başlayıb. Çində keçirilən "G-20 toplantısında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya federal kansleri Angela Merkelin görüşündə isə problem həll edilib.