Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün son turun oyunları baş tutub. 

Unikal.org Apasport.az-a istinadən xəbər verir ki, kişilərdən ibarət əsas yığmamız Türkmənistan millisi ilə münasibətləri ayırd edib. 

 

Azərbaycanın ikinci komandası Boliviya, üçüncü yığması isə Albaniya ilə üz-üzə gəlib.

 

Qadınlardan ibarət şahmatçılarımız da son turun görüşlərini keçiriblər. Olimpiadada iştirak edən millilərimiz müvafiq olaraq Malayziya, İran və Makedoniya qrossmeysterləri ilə qarşılaşıblar. Qadınlardan ibarət birinci komandamız yarışı 8-ci pillədə başa çatdırıb. 

 

 

Bakı Şahmat Olimpiadası

X tur

Kişilər

 

Türkmənistan (2416) - Azərbaycan-1 (2706) - 1:3

Maksat Atabayev (2485) - Teymur Rəcəbov (2722) - 0,5:0,5

Yusup Atabayev (2453) - Rauf Məmmədov (2666) - 0,5:0,5

Saparmırat Atabayev (2406) - Arkadi Naydiç (2696) - 0:1

Xandzar Odyev (2401) - Eltac Səfərli (2688) - 0:1
 

Azərbaycan-2 (2575) - Boliviya (2272) - 3:1

Vasif Durarbəyli (2612) - Xose Daniel Cemi (2384) - 0:1

Nicat Abbasov (2552) - Luis Migel Aqillar (2301) - 1:0

Ülvi Bacarani (2509) - Anoday Delqadillo (2232) - 1:0

Namiq Quliyev (2577) - Alexandro Parraqa (2173) - 1:0
 

Azərbaycan-3 (2348) - Albaniya (2398) - 2:2

Vüqar Əsədli (2406) - Erald Dervişi (2564) - 0,5:0,5

Nail Bəşirli (2387) - Dritan Mehmeti (2415) - 1:0

Abdulla Qədimbəyli (2294) - İlir Seitaj (2374) - 0,5:0,5

Pərviz Qasımov (2323) - Frants Aşiku (2322) - 0:1

 

Turnir cədvəli: 1. ABŞ - 20 xal; 2.Ukrayna - 20; 3. Rusiya - 18; -¦12. Azərbaycan-1 - 15; ...26. Azərbaycan-2 - 14, ...49. Azərbaycan-3 - 13.

 

 

Qadınlar

 

Azərbaycan-1 (2320) - Malayziya (1965) - 3:1

Zeynəb Məmmədyarova (2295) - Li Tinq Tan (1993) - 0,5:0,5

Günay Məmmədzadə (2361) - Aliya Bakri (1923) - 0,5:0,5

Aydan Höccətova (2339) - Nur Nabilya Azman (1994) - 1:0

Nərmin Kazımova (2302) - Puteri Rifqax Azxar (1945) - 1:0
 

İran (2276) - Azərbaycan-2 (2243) - 3,5:0,5

Sarasadat Xademalşariex (2429) - Türkan Məmmədyarova (2304) - 1:0

Atousa Purkaşian (2335) - Nərmin Xələfova (2219) - 1:0

Mitra Xidjazipur (2314) - Ülviyyə Fətəliyeva (2234) - 1:0

Qazal Hakimifard (2308) - Nərgiz Umudova (2247- 0,5:0,5

 

Makedoniya (1880) - Azərbaycan-3 (1987) - 0:4

Monika Stoykovska (2033) - Nərmin Məmmədova (2230) - 0:1

Boyana Beyatoviç (2063) - Xanım Balacayeva (2147) - 0:1

Draqana Nikolovska (1886) - Gövhər Beydullayeva (1994) - 0:1

İvana Manova (1724) - Ayan Allahverdiyeva (1780) - 0:1

 

Turnir cədvəli: 1. Çin - 20 xal; 2. Polşa - 17; 3. Ukrayna - 17; ...8. Azərbaycan-1 - 16, ...30. Azərbaycan-2 - 13; ...32. Azərbaycan-3 - 13.