Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin birinci turu çərçivəsində İngiltərənin "Mançester Siti" və Almaniyanın "Borussiya" (Münhenqladbax) klubları arasında sentyabrın 13-də keçirilməli olan matç leysan yağışları səbəbindən təxirə salınıb.
Unikal.org Report-a istinadən bildirir ki, bu barədə ingilis klubunun mətbuat xidməti məlumat yayıb.
"C" qrupunun görüşü çərşənbə axşamı Mançesterdə Bakı vaxtı ilə 22:45-də baş tutmalı idi. Matçın keçiriləcəyi yeni tarix barədə məlumat verilmir.
Qrupun digər oyununda "Barselona" "Seltik"lə qarşılaşır (hazırda hesab 2:0-dır).