Avropa Liqasının qrup mərhələsində "Qarabağ" və "Slovan" klubları arasında baş tutan oyun (2:2) zamanı maraqlı hadisə baş verib.

Unikal.org-un məlumatına görə, Rəşad Sadıqovun son dəqiqədə vurduğu bərabərlik qolundan sonra təmsilçimizin azarkeşlərindən biri meydana daxil olaraq qol sevincini paylaşıb. O meydana daxil olaraq R.Sadıqovu qucaqlayıb.