Avqustun 6-da AAAF Park növbəti qonaqlarını böyük məmnuniyyətlə qəbul etdi.

Azərbaycanın bayrağını dünyanın bir çox ölkələrində zirvələrə qaldırıb ölkəmizə saysız-hesabsız medallar qazandıran Rəsul Çunayev, Rafael Ağayev, Toğrul Əsgərov, Cəbrayıl Həsənov və Hacı Əliyev Kompleksimizə baş çəkdilər. Əvvəlcə, idmançılar AAAF Parkı gəzərək buranın gördüklərindən razılıqlarını bildirdilər. Sonra ən müasir standartlara cavab verən "Zirvə Fitnes Mərkəzində olan qonaqlar, buradakı şəraiti təqdir etdilər, onlarla görüşmək üçün bura gələn insanlarla səmimi görüşüb söhbətləşdikdən sonra, "Zirvə restoranına dəvət edildilər. Fəvvarə ətrafındakı istirahət edən çempionlar burada da böyük diqqət mərkəzinə düşdülər.

Ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılar AAAF Park Xırdalanın rəhbərliyi tərəfindən mükafatlarla təltif edildilər və kompleksimizin digər sakin və qonaqlarının xoş söz və diləklərini eşitdilər. Şəkil çəkdirmək və imza almaq istəyənlərin də istəyi yerinə yetirildi. Bir sözlə, həm biz, həm də tanınmış qonaqlarımız üçün xoş, yaddaqalan bir gün keçirdik.