Sahibkarlar Hacı Fərhada qarşı etiraza başlayıb


Manatın devalvasiyasından sonra ölkədə yaranan iqtisadi problemlər ticarət mərkəzlərinə ciddi təsir edib. Atıq bir sıra ticarət mərkəzlərindəki mağazalar bağlanmağa başlayıb.

Bakıxanov qəsəbəsindəki ticarət mərkəzində də ("Razin talkuçka"sında) analoji vəziyyət yaranıb. Əməkdaşımızın "Razin talkuçka"sında apardığı müşahidələr görə, artıq 20-yə yaxın mağaza fəaliyyətini dayandırıb. Bu barədə UNİKAL.ORG-un əməkdaşına məlumat verən sahibkarlardan biri deyib ki, mağazaların bağlanmasına səbəb icarə haqqının yüksək olmasıdır: "Artıq əvvəlki kimi alver yoxdur. Ona görə də icarə haqqını verə bilmirik. Rəhbərlik isə bizə güzəştə getmir. Halbuki digər ticarət mərkəzlərində sahibkarlara güzəşt edilib. Bizdə isə bu istiqamətdə heç bir addım atılmır. Ona görə də mağazaları bağlayıb etirazımızı bildiririk" .

Qeyd edək ki, "Razin talkuçka"sının rəhbəri Hacı Fərhaddır. Belə çıxır ki, Hacı Fərhad sahibkarlara güzəştə getməyərək narazılıq yaradır.