Zaur Kamalın aparıcılıq etdiyi "5-də 5" verilişinin ötən gününün qonaqları əməkdar artistlər İlkin Həsənov, Almaz Orucova, müğənni Rahidə Baxışova və gitara ifaçısı Elman Namazoğlu olub.
Unikal.org primetime.az-a istinadən xəbər verir ki, veriliş boyu canlı ifalar edən qonaqlar, daha sonra trio şəklində milli mahnılarımızdan ibarət popuri səsləndiriblər.
İfa bitdikdən sonra Rahidə Baxışova "Canlı oxumayanda deyirlər ki, səsin yoxdur" ifadəsini səsləndirib.
Zaur Kamalın "Sən ora çıxdın ki, özünü də göstərəsən?"sualını, müğənni belə cavablandırıb:
"Əslində mən özümü göstərmədim. Ansamblımla gəlib, öz repertuarımdan mahnılar səsləndirərəm o zaman özümü göstərmiş olaram".