Rusiya prezidentinin ölkənin hər hansı regionuna, o cümlədən Krıma səfər etmək hüququ var.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukrayna tərəfinin Vladimir Putinin Krıma səfəri ilə bağlı etiraz notasına münasibət bildirərkən deyib.

"Ukrayna ənənəvi olaraq etiraz edir. Biz də ənənəvi olaraq bu etirazları diqqətə almırıq. Prezident lazım bildiyi regiona səfər edir. Bu, Rusiyanın daxili işidir. Bunun heç bir dövlətə, o cümlədən Ukraynaya dəxli yoxdur", - deyə D. Peskov bildirib.

Qeyd edək ki, V. Putin dünən Krımın Yalta şəhərində keçirilən Ümumrusiya Xalq Cəbhəsi Forumunun plenar iclasında iştirak edib.