Unkal.org-un məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqınınxarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, görüşdə saziş layihəsi ilə bağlı işin başlanğıcı üçün atılacaq addımlar barədə danışılıb: "Tərəflər arasında energetika sahəsində əməkdaşlıq genişləndirilir. 2019-cu ildə Azərbaycandan təbii qaz Avropa bazarına çıxarılacaq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın və beynəlxalq təşkilatların qətnamələri barədə məlumat vermişik. Azərbaycan istəyir ki, bu münaqişə tezliklə həll olunsun. İnanmırıq ki, bu münaqişə "dondurulmuş" münaqişədir. Avropa İttifaqı da Minsk qrupu ilə birlikdə təkan verməlidir ki, münaqişəni yerindən tərpədək".