Adel ötən gün Mayamidə konsert proqramı ilə çıxış edib.
Unikal.org bildirir ki, dünya ulduzu, ABŞ prezidentliyinə namizəd olan seçimini açıqlayıb.
Demokrat Partiyasının namizədi Hillari Klintonun da dinləyicilər arasında yer aldığı konsertdə 28 yaşlı müğənni, "100 faiz Hillari Klinton" deyib.
Adel, American Airlines Arenadakı konserti zamanı "Donald Trampa səs verməyin. Mən səs vermirəm, amma 100 faiz Hillari Klinton deyirəm. Onu sevirəm. Klinton ecazkar biridir. Britaniyalıyam, amma Amerikada olanlar mənə də təsir edir" şəklində danışıb.